İpəkqurdunun bəslənməsi - 2-ci hissə (7-ci gün)

Salam, əziz izləyicilər. Bu video ipəkqurdunun 7-ci günündə çəkilib. Qurdlar artıq 7-cü günü tamamlayaraq 2-ci yuxuya getmək üzrədirlər. Videoya da fikir versəniz, görərsiniz ki, onlar artıq yeməyi dayandırıb, tərpənməz haldadırlar və bəziləri də başlarını yuxarı qaldırmış vəziyyətdədirlər. Bu əlamətlər onu göstərir ki, qurdlar yuxu rejiminə keçir. Gətirildiyi gündən artıq ikinci yuxularıdır qurdların. İpəkqurdlarında yuxu dövrü 16-24 saat davam edir. Bu müddət ərzində onları yemləmək olmaz. Yuxudan ayıldıqdan sonra isə onların yeni yaş dövrü (bu halda 3-cü) başlayır. Qurdların hamısı tam olaraq oyandıqdan sonra yemləməyə başlamaq lazımdır. Həmçinin təmizlik işlərini də həmin vaxt icra etmək lazımdır.

12+
1 просмотр
7 лет назад

, чтобы оставлять комментарии