Pitiminutka 6 ilden sonra

Əvvəli: https://youtu.be/qgqb5fKlQe4 Davamı: https://youtu.be/frMtFtXbXys Salam, əziz izləyicilər. Pitiminutkadan çəkdiyimiz istilik sisteminə aid verilən suallardan biri də onun dözümlülüyü ilə əlaqədar idi. Bəzi izləyicilərimiz isə inamla bildirirdilər ki, bu cür kalonkalar istilik sistemində istifadəyə dözməz və sıradan çıxarlar. Şükürlər olsun uca Allaha ki, artıq bu gün də bu pitiminutka, eləcə də istilik sistemi özü bütövlükdə işləyir. Pitiminutkada heç bir problem yaranmayıb. Qızın soyuq günlərində hətta fasilə vermədən sutkalarla istifadə etdiyimiz olub. Aran bölgəsində yaşadığımızdan, gündüzlər havanın yaxşı olduğu vaxtlarda fasilə veririk. Eləcə də ev çox isti olduğu halda digər vaxtlarda da. Qalan vaxtlarda isə saatlarla fasilə etmədən işləyir. Noyabrdan aprelin əvvəlinə qədər. Nəzərə alsaq ki, pitiminutka hamam və mətbəxdə soyuq suyu qızdıraraq 40-45 dərəcəyə qədər isidir, bu cür istilik sistemində dövriyyədə olan isti suyu qızdırmaq üçün pitiminutkaya elə çox qaz tələb olunmur. Yəni, bu pitiminutka sistemin suyunu isti saxlamaq üçün ona elə çox "güc sərf eləmək" lazım gəlmir. Sistemi təzə işə saldıqda dərəcəni artıra, bir az sonra isə azaldaraq normal dərəcədə saxlaya bilərik. Yenə də sualınız olsa, rəy yerində qeyd edə bilərsiniz. Həmçinin, əvvəlki videolarımıza baxa bilərsiniz.

12+
1 просмотр
2 года назад

, чтобы оставлять комментарии